Tam bir sənət əsəri – qırmızı kvartet salatı
Bibəri sobada üzəri qaralanadək bişirin, sonra qabığını təmizləyin, kubik, yaxud saman kimi doğrayın. Soğanı yarımhalqa doğrayın, pomidorları ortadan bölün. Keşnişi xırda doğrayın, narı dənələyin.
Bütün ərzağı bir qaba yığın. Sous üçün olan ərzağı qarışdırıb salatın üzərinə gəzdirin, qarışdırın,15 dəqiqə saxlayın.
Zövqə görə pendir də əlavə edə bilərsiniz. O zaman pendiri də kubik doğrayın.
Tərkibi:
- 20 ədəd çerri pomidoru;
- 1 iri qırmızı bibər;
- 1 nar;
- 1 qırmızı soğan;
- Keşniş;
- (bu salata feta, yaxud brınza əlavə edə bilərsiniz).
Sous:
- Zeytun yağı;
- Üzüm sirkəsi və ya limon şirəsi;
- Qara istiot;
- Duz;
- Dənəvər xardal (zövqə görə).