Ləziz italyan klassikası – marqarita
Əvvəlcə milföy xəmiri yarpaqlarını birləşdirin və pizza pişirəcəyiniz sininin formasına uyğun olaraq bu birləşdirdiyiniz milföy xəmirini bir oxlov (və ya vərdənə) vasitəsi ilə açın.
Yaşıl soğanları bol su ilə təmiz yuyun, suyunu süzüb qurudun. Bundan sonra təmiz yuyub qurutduğunuz yaşıl soğanları incə – incə doğrayın. Bundan sonra əvvəlcədən oxlov vasitəsi ilə açdığınız milföy xəmirinin üzərini bir fırça vasitəsi ilə zeytun yağı ilə yağlayın. Doğranmış təzə yaşıl soğanları pizza xəmirinin üzərinə düzün. Pomidorları da təmiz yuyun, suyunu qurulayın, sonra doğrayın. Doğradığınız pomidor dilimlərini də xəmirin üzərinə yerləşdirin.
Bunların üzərindən də istiot, kəkotu və duz əlavə edin. Duxovkanı 200 dərəcəyə isidin. Üzəri qızarana qədər bişirin. Üzəri qızarıb duxovkadan çıxartdığınız pizzanın üzərinə təzə kəkotu əlavə edin.
Tərkibi:
- Milföy xəmiri: 6 ədəd;
- Təzə yaşıl soğan: 3 – 4 ədəd;
- Pomidor: 2 ədəd;
- Qara istiot: zövqə görə;
- Quru kəkotu: 1 kiçik qaşıq;
- Təzə kəkotu: 2-3 ədəd;
- Duz: Zövqə görə;
- Zeytun yağı: bir az.