Çox sevilən Badımcan ikrası
Yuyulmuş badımcanları soymadan kublar formasında doğrayın, bir qaba qoyduqdan sonra 3 xörək qaşığı duz əlavə edin, üzərinə 3 litr su tökün (su üzərini tamamilə örtməlidir), 40 dəqiqə gözlədin. Soğanları soyduqdan sonra xırda kublar fomasında doğrayın, acı və şirin bibərləri yuduqdan sonra içərisindəki tumları təmizləyin xırda-xırda doğrayın. Təmizlənmiş yerköküləri sürtgəcdən incə şəkildə keçirin, pomidorları kublar şəklində doğrayın. Badımcanları sıxaraq suyunu çıxarın, böyük bir tavaya qoyun və yağda qızardın, daha sonra qazana boşaldın. Eyni tavada soğanları, yerkökünü, şirin bibərləri, pomidorları bişirdikdən sonra badımcanları qoyduğunuz qazana əlavə edin. Tərəvəzləri qarışdırın, acı bibər, duz əlavə edin, qaz plitəsində az atəşdə və ara sıra qarışdıraraq 40 dəqiqə bişirin. Hazırlanmış ikranı sterilizasiya olunmuş bankalara doldurun və qapaqlarını örtün, möhürləyin, tərs çevirin, adyal və s. isti bir vasitə ilə bükün və bu formada soyuyana qədər gözlədin. Bu ikaraları otaq temperaturunda saxlaya bilərsiniz.
Tərkibi:
Badımcan - 2 kq
Pomidor - 1,5 kq
Soğan - 1 kq
Yerkökü - 1 kq
Şirin bibər - 1 kq
Bitki yağı - 350-400ml
Acı bibər - 2 ədəd
Duz - 3 xörək qaşığı