Sadə və ləziz – ketçup

Əvvəlcə soğan və sarımsaqları soyun və blendrdan keçirin. Daha sonra soğan və sarımsağın üzərinə bir şorba qaşığı şəkər tozu töküb qazanda rəngi tündləşənə qədər pörtlədin. Pomidorların qabıqlarını soyduqdan sonra doğrayıb robotdan keçirin.

Qazana əlavə edib tomatı da tökün və qarışdıraraq qovurun. Sirkə, zeytun yağı və duzu da əlavə edərək, 40 dəqiqə bişirin. Qarışım soyuduqdan sonra şüşə qablara yığıb istifadə edə bilərsiniz.

Tərkibi:

  • 2 baş soğan;
  • 2 diş sarımsaq;
  • 2 şorba qaşığı zeytun yağı;
  • 4 ədəd pomidor;
  • Yarım şorba qaşığı bibər tomatı;
  • 3 şorba qaşığı sirkə;
  • 1 yemək qaşığı şəkər tozu;
  • Dilədiyiniz miqdarda dəniz duzu.