Buta Agroya xoş gəlmisiniz

Buta Agroya, Azərbaycanda premium dərəcəli istixana pomidorlarının, kartofun, soğanın və sarımsağın ən böyük istehsalçılarından birinə, xoş gəlmisiniz. Bizim şirkətlərimizdən biri, "Aztomato" istixanalarda pomidor yetişdirir, "İsmayıllı Tərəvəzləri" isə açıq sahədə kartof və soğan istehsalı ilə məşğuldur. Ənənələrimizdən, zəngin və barlı torpağımızdan ilham alaraq ekoloji təmiz məhsullar yetişdiririk. Suvarma, gübrələmə, işıq, temperatur, havalandırma, rütubət kimi iqlim faktorlarına nəzarət etmək üçün müasir kompüter sistemindən istifadə edirik. Bizim məhsullarda GMO yoxdur.

Niyə bizim tərəvəzlərimiz daha dadlıdır?

Biz inanırıq ki, yalnız sevgi və diqqətlə görülən işin bəhrəsi olur, buna görə də işimizi qayğı ilə görürük. Bizim çalışqan işçilərimiz yetişdirdikləri hər bitkiyə qayğı ilə yanaşır, çünki yalnız bu yol ilə yüksək nəticəyə nail olmaq olar.

Buta Agro əsirlərin ənənələrini qabaqcıl texnologiyalar ilə sintezləşdirərək ən ləzzətli kartof, pomidor, soğan, badımcan, yerkökü və sarımsaq yetişdirir. Azərbaycanın gözəl iqlimi və zəngin torpaqlarında bizim fermerlər ekoloji təmiz məhsul istehsal edir.

Optimal əkinçilik şəraiti

Ekologiya və gələcək nəslin sağlam həyatı əlbəttə ki, bizim şirkətin ən böyük qayğılarından biridir. Buta Agronun istixanası tam müasir avadanlıqlarla təhciz olunub, suvarma, iqlimləndirmə, budama – hər bir şey avtomatik yolnan idarə olunur. Güllər arılar vasitəsi ilə tam təbii şəkildə tozlanır və heç bir hormondan istifadə olunmur. Zərər vericilərə qarşı təbii üsullardan istifadə edirik.

Keyfiyyətli pomidor növləri

Parlaq, provokativ və sadəcə çox ləziz pomidor ən darıxdırıcı salata belə rəng və dad verəcək ideal seçimdir. Şirkətimiz qabaqcıl texnologiyalardan istifadə edərək məhsulun ekoloji təmizliyinə diqqət edir və keyfiyyətli pomidorlar yetişdirir. Buta Agro sizin ailənizə il boyu ən keyfiyyətli pomidorlar təqdim edir.

Keyfiyyətli kartof növləri

Buta Agro sizin üçün ən ləzzətli kartofları yetişdirir ki, müxtəlif yeməklər bişirə biləsiniz. Beləliklə yaxınlarınız və dostlarınızın sağlamlığı haqqında narahat olmağa dəyməz, çünki bizim ekoloji təmiz məhsullarımızda GMO yoxdur. Biz kartofları müasir suvarma sistemi ilə tam təbii şəkildə yetişdiririk.

Sizin üçün qablaşdırma

Buta Agro qablaşdırmaya özəl diqqət göstərir. Biz inanırıq ki, qablaşdırma müasir istehlakçı üçün funksional, gigiyenik və rahat olmalıdır. Buna görə də şirkətimiz müasir Hollandiya texnologiyalarını istifadə edərək, sizə 2,5 kq, 5 kq və 10 kq-lıq qablaşdırmada kartof təklif edir.