"Qırmızı qızıl"
Azərbaycanda qeyri-neft sektoru hər il inkişaf etməkdə davam edir. Meyvə-Tərəvəz istehsalı və ixracatı ölkə iqtisadiyyatına töhfəsi qeyri-neft sektorunun inkişafında öz əksini tapır. Rəsmi məlumata görə bu ilin on ayında xaricə qeyri-neft sektoru üzrə 1 milyard 207 milyon ABŞ dolları dəyərində mal ixrac edilib. “Qara qızıl” adlandırdığımız neftdən sonra 2 ci- vacib ixrac məhsulumuz “qırmızı qızıl” adlandırdığımız pomidor ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında 144,7 milyon ABŞ dolları ilə 1- ci yerdədir.
Ölkəmizdə pomidor istehsalı və ixracı hər il sürətlə artır. Biz Buta Agro olaraq bu inkişafda bizim də töhfəmizin olmasından böyük qürur duyuruq. Zirədə yerləşən müasir istehsal müəssisəmiz - istixanamızda daimi əsaslarla işləyən 10-la əməkdaşlarımız fəaliyyəti nəticəsində Aztomato brendi adı altında keyfiyyətli “Pink Beef” “Bakı ,Zirə” və “ Salxım “ pomidorlarını dünyanın müxtəlif ölkələrinə “ Made in Azerbaijan” brendi ilə böyük məsuliyyətlə ixrac edirik. Çünki hesab edirik ki, biz yalnız öz şirkətimizi deyil ölkəmizi təmsil edirik. Xüsusi qeyd etmək istərdik ki ,bizim istehsalımız olan “qırmızı qızıl” xarici istehlakçılar tərəfindən ən bəyənilən məhsuldur. Tezliklə yeni pomidor növlərini sizlərə təqdim edəcəyik.
SON XƏBƏRLƏR
- Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 16-cı Karyera Sərgisi keçirilib.
- BUTA AGRO Kənd təsərrüfatı (Caspian Agro 2023) sərgisində məhsullarını təqdim edib.
- BUTA AGRO “GULFOOD 2022” sərgisində
- AQTA YANINDA İCTİMAİ ŞURA ÜZVLƏRİ QİDA TƏHLÜKƏSİZLİYİ İNSTİTUTUNUN FƏALİYYƏTİ İLƏ TANIŞ OLUBLAR
- Təl-Əvivdə İsrail-Azərbaycan Kənd Təsərrüfatı Biznes Forumu keçirilib