Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 16-cı Karyera Sərgisi keçirilib.
Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 16-cı Karyera Sərgisi keçirilib.
Azərbaycan Meyvə Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasıyasının (AMTA) sədri Bəşir Quliyev və sədr muavini Jalə Əmirbəyova rektor Zəfər Qurbanovun dəvəti ilə tədbirdə iştirak ediblər.
Tədbirdə çıxış edən kənd təsərrüfat naziri Məcnun Məmmədov diqqətə çatdırıb ki, kənd təsərrüfatının intensiv inkişafı aqrar sektorda innovasiyaların tətbiqindən və yüksək ixtisaslı mütəxəssislərin mövcudluğundan birbaşa asılıdır.
Açılış mərasimindən sonra iştirakçı şirkət və müəssisələrin təmsilçiləri vakant iş yerləri barədə məzun və qonaqlara ətraflı məlumat veriblər.
Daha sonra Azərbaycan Dövlət Aqrar Universiteti ilə Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb. Buna əsasən qeyd olunan müəssələr arasında BUTA AGRO ixtisaslı mütəxəssislərin yetişdirilməsində və təcrübə proqramlarının keçirilməsində yaxından iştirak edib. Karyera sərgisi zamanı BUTA AGRO bir çox məzun, tələbələr və qonaqlar ilə görüşlər keçirərək bu memorandumda fəallığını göstərmişdir. Tələbələr, məzunlar gələcək karyeralarını düşünərək bu sahədə ixtisaslı mütəxəssis kimi yetişmək üçün Bizim ilə əməkdaşlığa çox böyük fürsət kimi yaxınlaşmışdılar.
SON XƏBƏRLƏR
- Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 16-cı Karyera Sərgisi keçirilib.
- BUTA AGRO Kənd təsərrüfatı (Caspian Agro 2023) sərgisində məhsullarını təqdim edib.
- BUTA AGRO “GULFOOD 2022” sərgisində
- AQTA YANINDA İCTİMAİ ŞURA ÜZVLƏRİ QİDA TƏHLÜKƏSİZLİYİ İNSTİTUTUNUN FƏALİYYƏTİ İLƏ TANIŞ OLUBLAR
- Təl-Əvivdə İsrail-Azərbaycan Kənd Təsərrüfatı Biznes Forumu keçirilib