BUTA AGRO Kənd təsərrüfatı (Caspian Agro 2023) sərgisində məhsullarını təqdim edib.
17-19 May 2023-cü il tarixlərində Bakıda 16-cı “Caspian Agro” beynəlxalq kənd təsərrüfatı sərgisi keçirilib.
Bu sahədə ən böyük tədbirlərdən biri hesab olunan sərgidə Buta Agro şirkəti olaraq iştirakçı qismində iştirakımız baş tutmuşdur. Sərgi zamanı stenddə Buta Agro-ya məxsus AzTomata brendi adı altında "Pink Beef" və Çerri pomidor çeşidləri nümayiş olunmuşdir. Eyni zamanda İsmayıllı Aqropark brendi altında Qafqaz dağlarında yetişdirilmiş, yuyulmuş, və qablaşdırılmış kartoflar ziyarətçilərə təqdim olunmuşdur. Buta Agro stendi ziyarətçilərin böyük marağına səbəb olmuş, məhsullar barədə olan suallar isə mütəxəssislər tərəfindən cavablandırılıb. Eyni zamanda müştərilər ilə əlaqələrin möhkəmləndirilməsi üçün şərait yaranmışdır.
SON XƏBƏRLƏR
- Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 16-cı Karyera Sərgisi keçirilib.
- BUTA AGRO Kənd təsərrüfatı (Caspian Agro 2023) sərgisində məhsullarını təqdim edib.
- BUTA AGRO “GULFOOD 2022” sərgisində
- AQTA YANINDA İCTİMAİ ŞURA ÜZVLƏRİ QİDA TƏHLÜKƏSİZLİYİ İNSTİTUTUNUN FƏALİYYƏTİ İLƏ TANIŞ OLUBLAR
- Təl-Əvivdə İsrail-Azərbaycan Kənd Təsərrüfatı Biznes Forumu keçirilib