İsmayıllıda qarğıdalı yığımı

İsmayıllı Aqro Parkımızdakı qarğıdalı əkini sahəsində məhsul yığımı davam edir. Məlumat üçün bildiririk ki, bu il 100 Ha ərazidə qarğıdalı əkilmişdir. Biz aqrar sahənin inkişafında müasir texnologiyaların tətbiqinə xüsusi önəm verməyimizi yekunda uğurlu nəticə almağımızın vacib addımı hesab edirik. Qarğıdalı sahəmizdə müasir pivot sulama sisteminin tətbiqi, yüksək məhsuldarlığı ilə seçilən toxumlardan istifadə , torpağa plana uyğun professional qulluq, gübrələrdən düzgün istifadə, işçi heyətin mütamadi təlimləndirilməsi və effektiv idarəetmə işimizin əsasını təşkil edir. Yüksək məhsuldarlığın əldə edilməsi uğurlu komandamızın yorulmaz və professional fəaliyyətinin nəticəsidir.