“Birinci Beynəlxalq Məhsullar” sərgisində şirkətimiz təmsil olunmuşdur.
Şirkətimiz 8-10 oktyabr 2018 ci il tarixlərində Qətərin Doha şəhərində keçirilən “Birinci Beynəlxalq Məhsullar” sərgisində iştirak etmişdir. Sərgidə 10 ölkədən qida, tekstil, sənaye, dizayn və digər sahələrdə fəaliyyət göstərən şirkətlər iştirak etmişdir.Qeyd edək ki , ilk dəfə təşkil edilməsinə baxmayaraq sərgiyə maraq böyük idi .Şirkətimizin istehsal etdiyi məhsullara diqqət nəticəsində 3 gün ərzində 90-dan çox görüşlər təşkil edilmiş və ixracla bağlı ilkin razılıqlar əldə edilmişdir. Ölkəmizin Qətərdəki səfirliyi sərgidə azərbaycandan olan bütün iştirakçılara öz dəstəyini göstərmişdir . Ümid edirik ki, ən qısa zamanda Buta Agro –nun məhsulları Qətər istehlakçılarına təqdim olunacaqdır.
SON XƏBƏRLƏR
- Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 16-cı Karyera Sərgisi keçirilib.
- BUTA AGRO Kənd təsərrüfatı (Caspian Agro 2023) sərgisində məhsullarını təqdim edib.
- BUTA AGRO “GULFOOD 2022” sərgisində
- AQTA YANINDA İCTİMAİ ŞURA ÜZVLƏRİ QİDA TƏHLÜKƏSİZLİYİ İNSTİTUTUNUN FƏALİYYƏTİ İLƏ TANIŞ OLUBLAR
- Təl-Əvivdə İsrail-Azərbaycan Kənd Təsərrüfatı Biznes Forumu keçirilib