"Onlar" - Rusiyaya gedir

Zirədə yerləşən istixanımızda hal-hazırda məhsul yığımı, qablaşdırılması və ixracına start verilib. Gözəl görünüşü, mükəmməl dadı və yüksək keyfiyyəti ilə  seçilən “ Pink Beef” pomidorlarımız Rusiya Federasiyasına satış üçün yola salınır. Professional  komandamızın uğurlu işi nəticəsində yaxşı məhsuldarlıqla yanaşı yüksək keyfiyyəti ilə seçilən pomidorlarımız rusiyalı  istehlakçıların  ən çox bəyəndiyi məhsuldur. Ənənəvi taxta yeşik və 30 x40 ölçüsündə olan karton qutu ilə yanaşı yeni dizaynda olan 40x60 karton qutular  bu mövsüm pomidorlarımız qablaşdırmasına xüsusi fərqlilik qatıb  . Buta Agro olaraq “Günəşin dadı “ nı özündə əks etdirən  Aztomato brendimizin “Pink Beef” pomidorlarının  “Made in Azerbaijan” brendini tək qablaşdırmada deyil, o cümlədən keyfiyyəti ilə ölkəmizi uğurla təmsil etməsindən qürur duyuruq.