İsmayıllı Aqro Parkın rəsmi açılış mərasimi
Qürurla bildirmək istərdik ki , 25 avqust 2018 ci ildə İsmayıllı rayonun Kürdmaşı kəndində Buta Qrup MMC –nin yeni müəssisəsi olan İsmayıllı Aqro Parkın rəsmi açılışı baş tutmuşdur. Açılışda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. İqtisadiyyat Naziri Şahin Mustafayev və Buta Qrup MMC-nin rəhbəri Bəşir Quliyev tərəfindən ölkə prezidentinə Aqro Park haqqında geniş məlumat verilmişdir.
Aqro parkın ümumi sahəsi 602 ha və dəyəri 22 milyon manatdır.İlkin investiya 7.7 milyon manat olmuşdur ki ,onunda 1.9 milyon manatı İqtisadiyyat nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan ayrılmışdır. Cari ildə Aqro parkda 120 ha buğda, 120 ha kartof və 96 ha qarğıdalı əkilmişdir.
Yeni müəssisəmizdə müasir pivot suvarma sistemi quraşdırılmış, davamlı və keyfiyyətli su təminatı üçün 2 müasir su anbarı tikilmişdir. O cümlədən bütün sahələr üzrə yeni kənd təsərrüfatı texnikaları və aqreqatlar alınıb istifadəyə verilmişdir. Aqro parkın tərkibinə əkinçilik təsərrüfatı, soyuducu anbar kompleksi, çeşitlənmə,kənd təsərrüfatın məhsullarının yuyulub təmizlənməsi və paketlənməsi sahələri daxildir.
Qeyd edək ki, Aqro parkımızında bu il istehlak kartofu ilə yanaşı almaniya və hollandiyadan gətirilmiş super elit və elit toxum sortları Azərbaycanın müxtəlif regionalarının iqlim şəraiti və torpaq strukturuna uyğun yüksək keyfiyyətli toxumluq kartof yetişdirilir. Buta Qrup MMC olaraq Aqro parkımızında istehsal olunan məhsullar İsmayıllı Tərəvəzləri brendi adı altında yerli bazarlarla yanaşı , Made in Azerbaijan brendi adı altında xarici bazarlarada ixrac ediləcəkdir.
SON XƏBƏRLƏR
- Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 16-cı Karyera Sərgisi keçirilib.
- BUTA AGRO Kənd təsərrüfatı (Caspian Agro 2023) sərgisində məhsullarını təqdim edib.
- BUTA AGRO “GULFOOD 2022” sərgisində
- AQTA YANINDA İCTİMAİ ŞURA ÜZVLƏRİ QİDA TƏHLÜKƏSİZLİYİ İNSTİTUTUNUN FƏALİYYƏTİ İLƏ TANIŞ OLUBLAR
- Təl-Əvivdə İsrail-Azərbaycan Kənd Təsərrüfatı Biznes Forumu keçirilib