Salxım pomidoru

Salxım pomidoru əsasən istixanalarda yetişdirilir. Bu pomidorun əsas fərqliliyi salxım şəklində satılmasıdır. Pomidorlar 5-6-lı salxımda və hər biri 120-150 qr olur. Əksər hallarda salxım pomidoru karton qutularda bazara çıxarılır. Pomidorun salxım şəklində yığılması - meyvənin bitkidən dərildikdən sonra belə salxımda olan qida maddələrindən bəslənərək daha təravətli və uzunömürlü olmasını təmin edir. Bu çeşid xarici görünüşünə görə dairəvi və tünd qırmızı olur.