Bakı pomidoru
Adı dillər əzbəri olan Bakı pomidoru mükəmməl dadı ilə tanınan “Zirə pomidoru"dur. Professioanal mütəxəssislərimizin səyi nəticəsində bu pomidor yüksək dad özəlliyini qoruyub saxlamışdır. Çəkisi 70-75 qr olmaqla ziyafətlərdə, şənliklərdə, restoran və otellərdə süfrələrin bəzəyidir. Bakı pomidorunun özünəməxsus duzlu və ləzzətli dadı isə onu digər pomidorlarla müqayisədə xüsusi fərqləndirir. Biz bu pomidor çeşidini taxta və karton qutularda təklif edirik.