Texniki işlər üzrə rəhbər

Şəhər

Zirə/Sumqayıt istixana kompleksləri

Yaş

30-45

Təhsil

Mütləq deyil

İş təcrübəsi

3 il


İŞİN TƏSVİRİ

Vakansiya haqqında

İş yeri: Zirə qəsəbəsi, İstixana Kompleksi

İş yeri: Sumqayıt, ST Sumqayıt, İstixana Kompleksi

İş saatı : Həftədə 6 gün həftəlik 40 saat olmaqla

İşə başlama tarixi: Təcili

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.


Vəzifə öhdəlikləri

  • İstixanada olan qurğuların, avadanlıqların, mexanizmlərin texniki vəziyyətinin daim yoxlanmasında və aşkar olunan nasazlıqların operativ surətdə aradan qaldırılmasına nəzarət edir;
  • İstixana ərazisində, nasosxanada, çən parklarında, qazanxanada, kompressor otağı və digər mexaniki qurğu və avadanlıqların normal və təhlükəsiz işləməsini təmin edir;
  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
  • Təmirin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə, qurğuların texniki vəziyyətinə nəzarət edir;
  • Qaz təhlükəli yerlərdə: nasosxanalarda, qazanxanda və hündürlük işlərinin yerinə yetirilməsinə birbaşa nəzarət edir;
  • Avadanlıqların və qurğuların təmirində, qulluq edilməsində istifadə olunan ehtiyat hissələrinin və mal/materialın təyinatı üzrə sərf olunmasına, onların saxlanılmasına rəhbərlik edir;
  • Təmir və montaj işlərinin görülməsi üçün istifadə edilən alət və vasitələrin saz vəziyyətdə saxlanılmasına nəzarət edir;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edir;
  • Xidmət edilən qurğunun prinsipial texnoloji sistemini və kommunikasiyaların sxeminin qorunub saxlanmasını təmin və nəzarət edir;
  • Avadanlıqların texniki xarakteristikasına, konstruktiv xüsusiyyətlərinə, iş rejiminə, onların istismar qaydalarına uyğun istifadəsini təşkil və təmin edir;
  • Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı digər tapşırıqları yerinə yetirir.

 

 

Təhsil və iş təcrübəsi

  • Ali təhsil
  • Rus dili və ya ingilis dili biliyi
  • Minimum 3 il analoji sahədə təcrübə (İstixana üzrə iş təcrübəsi olmağı üstünlükdür)

 

Bacarıq və səriştələr

  • İstixana avadanlıqları ilə işləmə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətlilik.

 

 

Təminatlar: 

Nəqliyyat və naharla təmin edilir.

 

Bilməlidir

  • İstixana avadanlıqları ilə işləməyi;
  • Texniki xidmət ilə bağlı daxili nizam-intizam qaydalarını;
  • Əməyin mühafizəsinin, texniki təhlükəsizliyinin, istehsalat sanitariyasının,  mülki  müdafiənin  norma  və  qaydalarını, qəza halları zamanı fəaliyyətlərini.

 

Müraciət qaydası

Zəhmət olmasa CV-lərinizi hr@butagroup.com e-mail adresinə göndərin.
CV-ləri göndərərkən başlıq yerinə “Texniki işlər üzrə rəhbər (Zirə)”, “Texniki işlər üzrə rəhbər (Sumqayıt)”  qeyd etməyi unutmayın.

TƏLƏBLƏR