Aqronom

Şəhər

Zirə / Sumqayıt / Kürdəxanı istixana kompleksləri

Yaş

25-40

Təhsil

Ali

İş təcrübəsi

ən azı 3 il


İŞİN TƏSVİRİ

Vəzifə öhdəlikləri:

  • Kənd təsərrüfatı bitkilərinin zərərvericilər, xəstəliklər və alaq otlarına qarşı görüləcək işlərin təşkil edilməsi;
  • Daimi sahə yoxlamalarının aparılması;
  • İstixananın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək;
  • Məsuliyyət daşıdığı istixana daxillərində yığım proqramlarını, gübrələmə-dərmanlama prosesini izləmək və bu işlərin görülməsini icra elətdirmək;
  • İstixananın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək;
  • Bitkinin inkişaf mərhələsinə uyğun olaraq gübrələnməsi və mineralların verilməsini təmin etmək;
  • İşçi qüvvəsi və texnikadan səmərəli istifadə olunması üçün əməyin düzgün təşkili və iş normalarının yerinə yetirilməsi.
  • Aqronomluğa aid bütün sənədlərin tərtib olunmasını və hesabatların verilməsini Baş aqronomun tapşırığına əsasən icra edir

 

İş saatı: Həftədə 6 gün həftəlik 40 saat olmaqla

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq

Hər üç iş yerində nəqliyyat və nahar təminatı

TƏLƏBLƏR

Namizədə tələblər:

  • Yaş həddi:25-35
  • Təhsili: Ali təhsil, (Aqronomluq, Biologiya, Kimya,Torpaqşünaslıq)
  • Müvafiq sahədə ən azı 3 il təcrübə
  • Dil bilikləri: Azərbaycan, İngilis və Rus dili arzu olunandır
  • Kompüter bilikləri: Microsoft Office, Outlook, Priva proqramını bilməsi üstünlükdür
  • Komandada işləmək bacarığı
  • Operativ,işə həvəslə yanaşmalı, sahəsi üzrə araşdırmalar aparmalı, daim yeniliyə meyilli olmalı
  • İdarəetmə təcrübəsi, analitik düşünmə
  • Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq