"Eşq almaları "

 

 

Badımcançiçəklilər fəsiləsinə aid pomidorun (solanum lycopersicum)  çox maraqlı bir tarixi var. Onun vətəni Cənubi və Mərkəzi Amerika hesab olunur. İlk olaraq Peru,Boliviya və Meksikada  yetiştirilən pomidor Xristofor  Kolombun Amerikanı  kəşfindən sonra Avropaya gətirilmişdir. Cənubi Amerikada yaşayan yerli əhali sulu və çəyirdəkli bitkiləri  “tomatl” adlandırdığına görə pomidora  “tomate” adını vermişdirlər. Avropada 16 əsrdə  bir çox insan pomidorun zəhərli olduğunu düşündüyü üçün  onu qida kimi yox botanika bağlarında dekorativ bitki kimi yetişdirirdi.

İtalyanlar sarı rənginə görə onu “pomodoro” yəni “qızıl alma”,fransızlar isə  “eşq almaları” mənasını verən  “ pommes d”amour”  adlandırırdı.Avropada pomidoru ilk dəfə qida kimi italyanlar istifadə etməyə başlayıblar.Neapolun  küçələrində dekorativ bitki kimi yetişdirilən pomidorları yoxsul əhali məcbur yeməyə başlayandan sonra onun zəhərli deyil, çox yaxşı dadının olduğunu anladılar və onu ilk dəfə pizzada istifadə etməyə başladılar.Beləliklə pomidor avropada geniş yayıldı.Dünyada bir çox alimlər onu meyvə ,digərləri isə tərəvəzlərə aid edir.Amma elmi araşdırmaların nəticəsinə görə pomidor meyvə kimi qəbul edilir.

Pomidorun tərkibinin zənginliyi onun insan sağlamlığı üçün  vacibliyini ortaya qoyur. .Pomidorun tərkibində olan Likopen (pomidora qırmızı rəngi verən maddə) – güclü bir antioksidant olaraq 8 -dən çox xərçəng xəstəliyinə qarşı mübarizə aparır.O cümlədən qandakı xolestrolu azaldaraq ürək-damar xəstəliklərin qarşını alır.Vitaminlərlə zəngin olan bu bitkidə olan C vitamini insanın immum sistemini gücləndirir. 1 ədəd pomidorda insanın  gündəlik  C vitaminin ehtiyacının 40 % - i  var.  Tərkibindəki A vitamini görməni, K – vitamini yaralanma olanda qanın laxtalanmağı, Dəmir –qan dövranını, Potasium – sinir sistemininin dostu kimi qəbul edilir.Davamlı olaraq pomidor istifadə edildikdə yüksək təzyiqiniz normallaşar, qəbzlik problemi həll olunar,şəkərli diabet xəstəliyinin yaranmasının qarşısı alınar və parlaq və sağlam dəriyə sahib olarsınız.

Pomidor  haqqında hətta maraqlı yuxu yozmalar mövcuddur. Əgər yuxuda qırmızı pomidor yığmağı,soymağı,bişirməyi görürsünüzsə yaxın günlərdə  haqqınız olan böyük miqdarda pul əldə edəcəksiniz .Əzilmiş pomidor görmək  isə hansısa bir fürsəti əldən verməkdə olduğunuz kimi yozulur və tez qərar verməyiniz lazımdır.

Hər bir halda pomidor insanlar üçün vacib bir bitkidir.