İtalyan mətbəxindən salam – rizotto

Kələmi yuyun, yarpaqları balaca tikələrə parçalayın. Kərəviz gövdələrini yuyun və xırda-xırda doğrayın. Kökü yuyun və doğrayın. Qaynar suda bişmiş pomidorun dərisini soyun, toxumları çıxarın və pomidoru doğrayın.

Bulyonu tərəvəzlərin və lobyanın üstünə tökün və təxminən 2 saat ərzində orta hərarətli atəşdə qapaq altında bişirin. Bekonu kublara doğrayın.Soğanı xirda-xırda doğrayın və düyü, bekon və kərə yağı ilə 3 dəqiqə ərzində qızardın, sonra isə qırmızı şərabı əlavə edin. Şərab buxarlana qədər daima qarışdırın.

Bulyonu və lobya ilə tərəvəzləri əlavə edin, əlavə 15 dəqiqə ərzində bişirin, hərdən qarışdırmağı unutmayın. Zövqə görə duz və istiot qatın. Yeməkdən qabaq 3 dəqiqə ərzində soyudun.

Tərkibi:

  • 300 q düyü;
  • 300 q kələm;
  • 130 q suda;
  • 12 saat isladılmış lobya;
  • 100 q bekon;
  • 2 kərəviz gövdəsi;
  • 1 soğan;
  • 1 kök;
  • 3 pomidor;
  • 50 g kərə yağı;
  • 1,2 litr ət bulyonu;
  • 125 ml qırmızı quru şərab;
  • Duz, istiot.