Mətbəxin imperatoru – sezar salatı

Toyuğun döş ətinə duz və müxtəlif istiotların qarışığını çəkin. Qida plyonkasına büküb bir neçə saat soyuducuda saxlayın. Tavada 100 ml zeytun yağını qızdırın. Əzilmiş, yaxud doğranmış sarımsağı qızılı rəng alanadək qovurun. Quru çörək batonunu kubik doğrayın. Bu çörək kubiklərini sarımsaq ətirli yağda qızılı rəng alınca qızardın. Toyuğun döş ətini qızmar tavada tam bişənəcən qızardın (hər tərəfini təxminən 3-5 dəqiqə). Onu həm iki yerə bölməklə, həm də nazik şəridlərə bölməklə qızarda bilərsiniz. Tavanın qapağını örtməyin, yoxsa ətin şirəsi çıxacaq və o, bərk olacaq.

Vuster və ya ançous sousuna 3 yumurtanın sarısını əlavə edib qarışdırın, zeytun yağı damızdırın, sousu çalın. Çəngəllə çala-çala arada zeytun yağı damızdırın və emulsiya halına gələnədək çalın. Yağı ehtiyatla damızdırın, bir qədər çox olarsa, sous lay-lay olacaq. 3 yumurta sarısına təxminən 75 ml zeytun yağı gərəkdir. Yarım limonun şirəsini və dijon xardalı da əlavə edib qarışdırın. Sous mayonezə oxşayacaq.

"Sezar" salatı:

  • 0,5 baton (200 q);
  • 300 q toyuğun döş əti;
  • 1 iri kahı dəstəsi;
  • 50 q parmezan pendiri;
  • 1 diş sarımsaq;
  • 1 pomidor (zövqə görə);
  • 100 ml zeytun yağı;
  • Duz;
  • İstiot qarışığı.

"Sezar" sousu klassik amerikan sousu:

  • 5 ədəd dənəvər istiot;
  • 0,5 ədəd sarımsaq;
  • 1 çimdik duz;
  • 1 x.q. Vuster sousu;
  • 3 yumurtanın sarısı;
  • 75 ml zeytun yağı;
  • 1/4 limon şirəsi;
  • Bir qədər dijon xardalı.