Buta Agro "World Food Moscow 2020" sərgisində iştirak edib

23-25 sentyabr tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "World Food Moscow 2020" beynəlxalq ərzaq sərgisi keçirilib. Sərgidə ölkəmiz Made in Azerbaijan brendi ilə təmsil olunub və bir çox yerli şirkətlər iştirak edib. "Buta Agro" da öz ənənəsinə sadiq qalaraq "AzTomato" brendi ilə Buta Agro, İstixanan Kompleksində xüsusi yetişdirilmiş müxtəif pomidor məhsulları ilə sərgidə təmsil olunub, Sərgi ziyarətçilərinin marağına səbəb olan "Buta Agro" stendində ziyarətçilər məhsullarla daha yaxından tanış olub, öz suallarına cavab tapıblar.

Bundan əlavə "Buta Agro" Rusiyada ənənəvi və yeni alıcıları, Rusiyanın ticarət nümayəndəlikləri ilə çoxsaylı işgüzar görüşlər keçirib.