Azərbaycan Ticarət Evi

Azərbaycanda istehsal edilən məhsulların ixracının təşviqi və genişləndirilməsi, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması, satışının təşkili və əlaqələndirilməsi məqsədilə xarici ölkələrdə ticarət evlərinin yaradılması prosesi  davam etdirilir .Buta Aqro şirkəti Azərbaycan İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə dünyanın müxtəlif şəhərində yaradılan “Azərbaycan Ticarət Evi” layihəsində aktiv iştirak edir. Belarus Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19   2018- cu ildə Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub. Belarus Respublikasının paytaxtı Minsk şəhərində ümumi sahəsi 529 kvadratmetr olan Azərbaycan Ticarət Evi 2017 –ci ildə yaradılıb. Ticarət Evinin idarə edilməsi məqsədilə “Azərbaycan Ticarət Evi” MMC yaradılaraq Belarus Respublikasında dövlət qeydiyyatına alınıb.

Növbəti ticarət evi Dekabrın 6-da Polşanın paytaxtı Varşavada açılıb. Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Polşa bazarında daha çox tanıtmaq, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərmək, yerli məhsullarımızın Polşada satışını təşkil etmək, sahibkarlar arasında bu sahədə əlaqələndirməni həyata keçirtmək üçün vacib addımdır.

Yanvarın 15-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən məşhur “The Mall” Ticarət Mərkəzində “Azərbaycan Ticarət Evi” açılıb. Azərbaycan məhsullarının dünyada tanınmasında öz xüsusi töhvəsi olan Buta olaraq hesab edirik ki , “Azərbaycan Ticarət Evi”  “Made in Azerbaijan” brendinin BƏƏ bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, yerli məhsullarımızın BƏƏ-də satışını təşkil edəcək, sahibkarlar arasında bu sahədə əlaqələndirməni həyata keçirəcəkdir.

Qeyd edək ki , yaradılmış bütün ticarət evlərində Buta Agro şirkəti öz stendi ilə təmsil olunaraq istehsal etdiyi yüksək keyfiyyətli məhsullarını nümayiş etdirir. Biz inanırıq ki , şirkətimizin istehsal etdiyi məhsulların dünyanın müxtəlif ölkərindən olan istehlakçılara təqdim olunmasında “Azərbaycan Ticarət Ev”ləri yaxından kömək edəcəkdir.