Hər zaman yanınızdayıq

Buta Agro şirkəti  Korporativ Sosial Məsuliyyət çərçivəsində bir çox sahədə müxtəlif xeyriyyə , təhsil və sairə layihələr həyata keçirtmiş və bu istiqamətdə işlər davam etdirilir.

Bəzən elə xəbərlər var ki , onları qeyd edib hərkəsə tanıtdırmaq böyük qürurdur. Şirkətimizin dəstəklədiyini Vaşaq İdman Klubunun gənc idmançıları öz uğurlu nəticələri ilə bizi çox sevindirir.Milli Müstəqillik Gününə həsr olunmuş ölkə birinciliyində iştirak edən idmançılardan 18 nəfər 1- ci yer,  12 nəfər  2-ci yer, 1 nəfər isə 3-cü  yeri tutmuşdur.

Bununla yanaşı Polşanın paytaxtı Varşava şəhərində  Beynəlxalq Jiu-Jitsu Federasiyasının təşkil etdiyi jiu-Jitsu ,qaydasız döyüş,kontakt karate,kikboksinq növləri üzrə Avropa Çempionatında klubun üzvü Aysel Aydəmirzadə və Əli Əliyev kontakt karate növü üzrə 2 –ci yerləri tutaraq 2 gümüş medal qazanmışlar.

Buta Agro olaraq bütün idmançıları təbrik edir və onlara növbəti yarışlarda uğurlar arzu edirik. Sizlərin  idman sahəsində uğurlarınız, ölkəmizi beynəlxalq yarışlarda yaxşı nəticələrlə təmsil etməyiniz bizim üçün çox dəyərlidir.  Əziz dostlar yarışlarda nəticənizdən asılı olmayaraq hər zaman yanınızdayıq.