Yohans Van Der Li

Yohans Van Der Li 29 aprel, 1966-cı ildə Niderlandda anadan olub. 1986-cı ildə Niderlandın Breda Tətbiqi Elmlər Universitetinin Kənd Təsərrüfatı ixtisasını bitirib. Şirkətdə proseslərin inkişafı və vaxtın idarəolunmasını tələb edən üsullardan ən çox tanınan Lean Six Sigma üzrə Niderlandın NCOI Opleidingen institutunda tədris alıb. 21 illik böyük iş təcrübəsinə malik Johannes 2020-ci ilin avqust ayından şirkətimizdə Baş Aqronom kimi çalışır. Həyatının çox hissəsini kənd təsərrüfatı biznesinə həsr etdiyini deyən Johannes Niderlandda 10 il öz istixana komplekslərində işləyib. Aqronomluq fəaliyyəti ilə yanaşı o, 2 il fotoqraflıq üzrə də həvəskar olaraq təhsil alıb.

BÜTÜN MÜTƏXƏSSİSLƏRİMİZ