“Birinci Beynəlxalq Məhsullar” sərgisində şirkətimiz təmsil olunmuşdur.

Şirkətimiz  8-10 oktyabr  2018 ci il tarixlərində Qətərin Doha şəhərində keçirilən “Birinci Beynəlxalq Məhsullar” sərgisində iştirak etmişdir. Sərgidə 10 ölkədən qida, tekstil, sənaye, dizayn və digər sahələrdə fəaliyyət göstərən şirkətlər iştirak etmişdir.Qeyd edək ki ,  ilk dəfə təşkil edilməsinə baxmayaraq sərgiyə maraq böyük idi .Şirkətimizin istehsal etdiyi məhsullara diqqət nəticəsində 3 gün ərzində 90-dan çox   görüşlər təşkil edilmiş və ixracla bağlı ilkin razılıqlar əldə edilmişdir. Ölkəmizin Qətərdəki səfirliyi sərgidə azərbaycandan olan bütün iştirakçılara öz dəstəyini göstərmişdir . Ümid edirik ki, ən qısa zamanda Buta Agro –nun məhsulları Qətər istehlakçılarına təqdim olunacaqdır.