Buta Agro " World Food Moscow" sərgisində iştirak etmişdir.

Buta Agro 17-20 sentyabr 2018 ci il tarixlərində Moskvadakı “Eksposentr” Sərgi Kompleksində 27-ci “WorldFood Moscow” Beynəlxalq ərzaq sərgisində iştirak etmişdir. Bu il “WorldFood Moscow” sərgisində 65 ölkədən 1500-dən çox şirkət öz məhsullarını təqdim edirdi. Sərgidə Rusiyada və xaricdə istehsal olunmuş meyvə və tərəvəz, baqqaliyyə və qənnadı məmulatları, ət, balıq, çay, qəhvə, konservlər və digər qida məhsulları geniş çeşiddə təqdim olundu.

Sərginin tərəfdaş ölkəsi olan Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə "Made in Azerbaijan" vahid ölkə stendində təmsil olunan şirkətimiz 3 növ pomidor və qablaşdırılmış premium kartof məhsulunu sərgiləmişdir.Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sərgi zamanı bizim stendlə tanış olub məhsullar haqqında geniş məlumat almışdır.  Məhsullarımıza  olan böyük maraq və diqqət bir daha bizi emin etdi ki , istehsal prosesində xüsusi önəm verdiyimiz keyfiyyətli məhsul konsepsiyamız özünü doğruldur.İstehsal etdiyimiz məhsullarımızın böyük bir hissəsi Rusiya Federasiyasına ixrac olunduğunu nəzərə alsaq Moskvada təşkil olunan sərgidə iştirakımız bizim üçün vacib və əhəmiyyətli idi.Bildirmək istərdik ki, növbəti il Buta Agro olaraq World Food Moscow sərgisində bir çox yeniliklər təqdim olunacaqdır.