İsmayıllı Aqro Parkın rəsmi açılış mərasimi

Qürurla bildirmək istərdik ki , 25 avqust 2018 ci ildə İsmayıllı rayonun Kürdmaşı kəndində  Buta Qrup MMC –nin  yeni müəssisəsi olan  İsmayıllı Aqro Parkın rəsmi açılışı baş tutmuşdur. Açılışda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. İqtisadiyyat Naziri Şahin Mustafayev və Buta Qrup MMC-nin  rəhbəri Bəşir Quliyev  tərəfindən ölkə prezidentinə Aqro Park haqqında geniş məlumat verilmişdir.

Aqro parkın ümumi sahəsi 602 ha və  dəyəri 22 milyon manatdır.İlkin investiya 7.7 milyon manat olmuşdur ki ,onunda 1.9 milyon manatı İqtisadiyyat nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan ayrılmışdır. Cari ildə Aqro parkda 120 ha buğda, 120 ha kartof və 96  ha qarğıdalı əkilmişdir.

Yeni müəssisəmizdə müasir pivot suvarma sistemi quraşdırılmış, davamlı və keyfiyyətli su  təminatı üçün 2 müasir su anbarı tikilmişdir. O cümlədən bütün sahələr üzrə yeni kənd təsərrüfatı texnikaları və aqreqatlar alınıb istifadəyə verilmişdir. Aqro parkın tərkibinə əkinçilik  təsərrüfatı, soyuducu anbar kompleksi, çeşitlənmə,kənd təsərrüfatın məhsullarının yuyulub təmizlənməsi və paketlənməsi sahələri daxildir.

Qeyd edək ki, Aqro parkımızında bu il istehlak  kartofu ilə yanaşı almaniya və hollandiyadan gətirilmiş super elit və elit  toxum sortları Azərbaycanın müxtəlif regionalarının iqlim şəraiti və torpaq strukturuna uyğun yüksək keyfiyyətli toxumluq kartof yetişdirilir. Buta Qrup MMC olaraq Aqro parkımızında istehsal olunan məhsullar İsmayıllı Tərəvəzləri brendi adı altında yerli bazarlarla yanaşı , Made in Azerbaijan brendi adı altında xarici bazarlarada ixrac ediləcəkdir.